Yeganə bir güllə ilə iki dovşan vurub – Açıqlama - FOTO

Yeganə bir güllə ilə iki dovşan vurub – Açıqlama - FOTO
Türkiyədən yeni qayıdan müğənni Yeganə bir güllə ilə iki dovşan vurub. Belə ki, müğənni iki yeni mahnı üzərində işləyir. Bunu SİA-ya açıqlamasında müğənni Yeganə özü bildirib. Onun sözlərinə görə, birinci mahnı hər zaman oxuduğu kimi, yenə də bir aşıq ifası olacaq. "Ancaq bu səfərki hər şey fərqli olacaq, çünki bu ifamda duet ortağım olacaq. Bir kişi müğənnisi ilə bərabər aşıq mahnısı səslənəcək"-deyə müğənni vurğulayıb.

Daha sonra isə Yeganə bir neçə gənc bəstəkarlardan yeni mahnılar götürdüyünü, Azərbaycanda olduğu kimi Türkiyədə də yeni-yeni proyektlər üzərində çalışdığını bildirib.

"Yay tətilindən çıxdığımız üçün hələki yavaş-yavaş işləyirik ki, üzü payıza doğru tamaşaçılar bütün yenilikləri görə bilsinlər. Həm duet ortağımı, həmdə 2 yeni mahnımın adını sirr olaraq saxlayıram. Bütün hazırlıq işləri bitdikdən sonra hər şeydən xəbəriniz olacaq"- deyə Yeganə qeyd edib.

Məlumat üçün bildirək ki, müğənnini sevənləri yaxın günlərdə böyük surprizdə gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə