Ölkəmiz dinamik inkişaf yolunda inamla addımlayır

Ölkəmiz dinamik inkişaf yolunda inamla addımlayır

15 iyun Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Parlamentinə sədr seçildiyigün- Milli Qurtuluş Günüdür. SİA-nın məlumatına görə, bu münasibətlə Azərbaycan Turizm və Menecment Universitetindətədbir keçirilib. ATMU-darektor səlahiyyətlərini icra edən,s.ü.f.d.,dos.Eldar Aslanov tarixi hadisəni şərh edərkən dedi ki,“Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələr məkanında nəzərəçarpan dönüş yarandı.Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başlanıldı.Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində, o cümlədən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması istiqamətində mühüm addımlar atıldı.1994-cü ilin mayında ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən atəşkəs elan olundu.Bu günmüstəqil Azərbaycan Respublikası tərəqqi yolunda inamla irəliləyir, dövlətçiliyini qətiyyətlə qoruyur və möhkəmləndirir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda yeni-yeni nailiyyətlərə imza atır”.

E.Aslanov diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev çoxşaxəli fəaliyyəti dövründə strateji sahə sayılan təhsilin inkişafına xüsusi qayğı göstərib. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”,- deyən müdrik rəhbər təhsili yalnız savad, bilik qazanmaq, elm öyrənmək prizmasındandəyərləndirməyib.“Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun təhsilə malik olmalıdır”tələbini gerçəkləşdirməyi bizlərə tövsiyyə edib.

ATMU-nun İctimai fənlər kafedrasının müdiri, tarix elmləri namizədi İbrahim Əliyev,universitetin dosenti,tarix elmləri namizədi Məhərrəm ZülfüqarlıMilli Qurtuluş gününə həsr olunan tədbirdəki çıxışlarında“1991- ci ilin 18 oktyabr tarixində XX yüzillikdə ikinci dəfə yenidən dövlət müstəqilliyini bərpa edən Azərbaycanın1993- cü ildə vətəndaş müharibəsi və parçalanmaq təhlükəsi qarşısında qaldığı zaman məhz Heydər Əlirza oğlu Əliyevin xilaskar rəhbər kimi qayıdışını və ölkənin xaotik vəziyyətdənxilas olduğunu detallı faktlarla diqqətə çatdırdılar. Prezident İlham Əliyevinümummilli lider tərəfindən əsası qoyulan genişspektrli strategiyaya sadiqqaldığını vəölkəmizindinamik inkişafıistiqamətində qazanılan uğurlarıkonkret faktlarla isbatladılar.

Məlumdur ki,ölkəmizdə böyük ictimai,siyasi, tarixi əhəmiyyətə malik 15 iyun-Milli Qurtuluş Günü1997-ci ildən təntənə ilə qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə