Kamal Nuriyev konsert proqramı ilə çıxış edib

Kamal Nuriyev konsert proqramı ilə çıxış edib

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində olan kamera və orqan musiqi zalında tanınmış tarzən Kamal Nuriyev konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşıb. Dirijor Faiq Sadıqovun bədii rəhbərliyi ilə reallaşan konsert S. Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə gerçəkləşib. Konsert çərçivəsində Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib, xalq mahnılarına da müraciət edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə