Azərbaycan Milli İncəsənət Muzeyində azyaşlı istedadların sərgisi açılıb. Sərgidə Alyona Bandurinanın Rəssamlıq Məktəbi şagirdlərinin qrafika, rəngkarlıq, şüşə üzərində rəsmlər və gəlinciklərdən ibarət işləri nümayiş olunub. SİA-nın məlumatına görə, sərginin açılışında çıxış edən Alyona Bandurina Azərbaycanda çoxsaylı istedadlı uşaqların olmasından qürur duyduğunu dilə gətirib. Bildirib ki, rəhbərlik etdiyi Rəssamlıq Məktəbi 2010-cu ildə yaradılıb. Məktəbin yetirmələri arasında Rusiya, Gürcüstan, ABŞ, Peru, Kolumbiya, Qazaxıstan və digər ölkələrin vətəndaşları var. Məktəbin məzunları təhsillərini incəsənət üzrə aparıcı təhsil ocaqlarında davam etdirirlər.
Sərgi iyunun 15-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB