Hacıqabul rayon Mədəniyyət müəssisələrinin tədbirlər planına uyğun olaraq vaxtaşırı bəşəriyyətin bəlası olan narkomaniya və zərərli vərdişlərlə əlaqədar “Narkomaniyaya yox deyək” devizi altında müxtəlif tədbirlər keçirilir. SİA-nın məlumatına görə, belə tədbirlərdən biri də Hacıqabul rayon MKS-nin 19 saylı Qarasu kənd kitabxana filialının müdiri Şamil Azadovun ssenarisi əsasında hazırlanmış “Bəla” tamaşasıdır.
Rayon Mədəniyyət mərkəzində təşkil olunan tədbirdə rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin, Gənclər və İdman İdarəsinin əməkdaşları, mədəniyyət işçiləri, müəllimlər və şagirdlər iştirak ediblər. Tamaşanın nümayişindən əvvəl Qarasu kənd kitabxana filialının müdiri Şamil Azadov tədbiri giriş sözü ilə açaraq, narkomaniyanın fəsadlarından, sağlam həyat tərzi istiqamətində maarifləndirmənin vacibliyindən danışıb.
Tamaşanı şəhərin 2, 5, 9 saylı tam orta məktəbinin 10-cu sinif, Qarasu kənd məktəbinin 6-cı sinif şagirdlərindən bir qrupu canlandırıblar.
Tədbirin sonunda Sabirabad regional Mədəniyyət və Turizm idarəsinin Hacıqabul rayon üzrə nümayəndəsi Elnur Əmiraslanov, rayon Təhsil şöbəsinin müdiri Şükür Məmmədov, İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zeynəb Yunuslu tədbir iştirakçılarına təşəkkürünü bildirmiş, tamaşada rol alan hər kəsi müxtəlif hədiyyələrlə mükafatlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB