Şuşa Dövlət Musiqili Dram Teatrı 143–cü Teatr Mövsümünü belə bağlayacaq
Qədim tarixi ənənələrə malik olan Şuşa Dövlət Musiqili Dram Teatrı 143–cü Teatr Mövsümünü Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan – Yurdum mənim” adlı konsert proqramı ilə bağlayacaq. SİA-nın məlumatına görə, konsert proqramında Azərbaycan Xalq və bəstəkar mahnıları, teatrın repertuarında olan tamaşalardan səhnələr və eləcə də Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış eyni adlı musiqili ədəbi–bədii kompozisiyadan parçalar, Milli qurtuluş gününə həsr olunmuş şeirlər ifa olunacaq.
Konsert proqramının rejissoru Respublikanın Əməkdar Artisti Yadigar Muradov, musiqi rəhbəri Əməkdar Mədəniyyət İşçisi Nəsib Məhərrəmovdur.
Konsert proqramında Respublikanın Əməkdar Artistləri Şükufə Musayeva, Nazir Rüstəmov, Azad Məmmədov, aktyorlar Məmməd Məmmədov, Xanirə İsgəndərova, Teymur Məmmədov, Mobil Qurbanov, Rasəf Mehdiyev, Aybəniz Cahangirova, Yaşar Muradov, Zahid Mehdiyev və başqaları iştirak edirlər.
Mövsüm bağlanışı 13 iyun 2017–ci il tarixdə saat 12:00–da Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB