Rəşid Behbudovun anım gününə həsr olunmuş konsert keçirilib FOTOLAR
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin R.Behbudov adına 2 nömrəli Onbirillik musiqi məktəbi konsert keçirib. SİA-nın məlumatına görə, konsert görkəmli sənətkar Rəşid Behbudovun anım gününə həsr olunub.
Konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Bəstəkarlar İttifaqının katibi, professor, musiqişünas Zemfira Qafarova, Bakı uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.
İlk öncə məktəbin fəaliyyətindən bəhs edən video-çarx nümayiş olunub.
Konsertdə məktəbin istedadlı şagirdlərinin ifasında S.Ələsgərov “Rəqs-tokkata”, Q.Qarayev “Fikirli”, D.Şostakoviç “Lirik vals”, V.Gillok “Flamenko”, V.A.Motsart “Rondo”, F.Mendelson “Skerso”, V.Monti “Çardaş”, C.Rossini “Oğru sağsağan” kimi Azərbaycan bəstəkarları ilə yanaşı dünya bəstəkarlarının əsərləri səsləndirilib.
Sonda məktəbin birləşmiş xor kollektivinin V.Yanq “Around the world”, T.Quliyev “Dostluq” və “Neftçilər” mahnıları dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB