Filarmoniyada Milli Qurtuluş Günü qeyd ediləcək

Filarmoniyada Milli Qurtuluş Günü qeyd ediləcək

15 iyun - Milli Qurtuluş Günü M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında da qeyd ediləcək. İyunun 13-də respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə tədbir keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və filarmoniyanın təşkilatçılığı ilə gerçəkləşəcək tədbir Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiət etdiyi konsert proqramı ilə davam edəcək. Xalq Artisti Teymur Göyçayevin dirijorluq etdiyi orkestr Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət kompozisiyalara müraciət edəcək, həmçinin respublikanın tanınmış ifaçıları tərəfindən xalq və bəstəkar mahnıları səsləndiriləcək.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə