Opera və Balet Teatrının yeni saytı artıq istifadəyə verilib
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yeni saytı artıq istifadəyə verilib. Bu barədə SİA-ya teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva məlumat verib. Məlumata görə, saytın yaranmasına ən yaxşı dizayner və mütəxəssislət cəlb olunub. Saytda Opera və Balet Teatrının və onun binasının yaranma tarixi haqqında materiallar, həmçinin milli opera və balet sənətimizin korifeyləri, görkəmli mədəniyyət xadimləri haqqında məlumatlar öz əksini tapıb.
Bundan başqa saytda teatrın inzibati və yaradıcı kollektivlərinin – vokal, balet truppaları, simfonik orkestr və xor kollektivlərinin əməkdaşları haqqında məlumatlar öz əksini tapıb. Saytda həmçinin teatrın repertuarında olan tamaşalar haqqında qısa annotasiyalar, yaxın üç ayda göstəriləcək tamaşalar barədə informasiya verilir.
Məlumat üçün bildirək ki, www.tob.az rəsmi saytda Opera və Balet Teatrının saytında teatrın fəaliyyəti ilə bağlı bütün yeniliklərə, kütləvi informasiya vasitələrində dərc olunan resenziyalara geniş yer ayrılacaq. Teatra dəvət olunan qastrolçular – vokal və balet ulduzları, dirijor, xoreoqraf və rejissorlar haqqında saytda məlumatlar veriləcək.
Sayt hər zaman öz formasını təkmilləşdirəcək və müasir tələblərə uyğun materiallarla yeniləşəcək. Saytın yaranmasında iştirak edən mütəxəssis və dizaynerlər onun fəaliyyətinə hər zaman nəzarət edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB