Qurtuluş Gününə həsr olunmuş növbəti tədbir

Qurtuluş Gününə həsr olunmuş növbəti tədbir

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçiləcək. Muzeydən SİA-ya bildirilib ki, iyunun 14-də mədəniyyət ocağının təşkilatçılığı ilə keçiriləcək tədbirdə dövlət müstəqilliyimizin tarixindən, ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin inkişafındakı xidmətlərindən, habelə müstəqil dövlətimizə beynəlxalq səviyyədə verilən bugünkü qiymətdən danışılacaq.

Qeyd edək ki, tədbir çərçivəsində Milli Qurtuluş Gününə həsr edilmiş sərginin açılışı da nəzərdə tutulur. Respublikanın tanınmışı incəsənət simalarının iştirak edəcəyi tədbir konsert proqramı ilə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə