Mərkəzi Kitabxana və Uşaq şöbəsi Səyyar kitabxana xidməti təşkil ediblər FOTOLAR
Yaşadığımız dövr informasiya əsri adlandırılır. SİA-nın məlumatına görə, ümumbəşəri dəyərlərin təbliğatçısı olan kitabxanalar günbəgün artan və genişlənən oxucu tələbini ödəmək və onları yeni məlumatlarla tanış etmək məqsədilə təşkil edilən səyyar kitabxana xidməti təbliğatın ən təsirli vasitələrindən biridir.
Kitabxanalarımızın vaxtaşırı tərtib etdiyi səyyar kitabxana xidməti nəşr olunmuş çap məhsulu və hər hansı aktual mövzuların təbliğinə həsr olunur. Mütəmadi keçirilən səyyar kitabxana xidməti şəhərin müxtəlif yerlərində, parklarda və əhalinin gur istirahət etdiyi ərazidə təşkil olunur. 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Çağdaş tariximizin dönüş nöqtəsi, “ Heydər Əliyev ideyaları qalib gəlir”, “Təmiz hava- sağlam həyat”, “Yeni kitablar”, “Kənd təsərrüfatı ədəbiyyatı güşəsi”, “Milli qəhrəmanlar zirvəsi” başlıqlı sərgilərdə 240 nüsxədən artıq ədəbiyyat şəhər sakinlərinin və qonaqların istifadəsinə verilib. 70 - dən çox oxucu bu xidmətdən yararlandı və xeyli sayda yeni oxucu kitabxanalara üzv yazılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB