Bakı Yunus Əmrə İnstitutunda kitab təqdimatı keçirilib

Bakı Yunus Əmrə İnstitutunda kitab təqdimatı keçirilib

Bu gün Bakı Yunus Əmrə İnstitutunda "Tanpınarı kəşf edirəm" adlı esse müsabiqənə göndərilən esselərdən ibarət "Məmləkətdən dünyaya" adlı kitabın təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Türkiyənin Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri Erkan Özaral, Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım, Azərbaycan Yazıçılar Birliyinin üzvü Səlim Babullaoğlu, rəsmi şəxslər, ədəbiyyat adamları, jurnalistlər və digər şəxslər iştirak ediblər. Təqdimat mərasimində ilk çıxış edən İ.Yıldırım hər kəsi salamlayaraq bildirib ki, institut tərəfindən 2016-cı ildən Əhməd Hamdi Tanpınarın Azərbaycanda tanınması məqsədilə müxtəlif fəaliyyətlə həyata keçiririlir. Onun sözlərinə görə, "Tanpınarı kəşf edirəm" layihəsi də bu işlərin davamıdı. Daha sonra layihə haqqında video çarx nümayiş etdirilib. Təqdimatda layihənin koordinatoru Şəhla Aslan çıxış edərək bildirib ki, kitab esse müsabiqəsində qalib gələn 5 nəfərin yazısı əsasında ərsəyə gəlib. Daha sonra çıxış edən Erkan Özaral yazıçı haqqında fikirlərini bildirərək qeyd edib ki, Əhməd Həmdi Tanpınarın əsərlərində keçmişlə gələcəyin körpüsü öz əksini tapır. Tanpınarla bağlı layihəni yüksək qiymətləndirən səfir söyləyib ki, yazıçı ilə bağlı esse müsabiqənin keçirilməsi gənclərdə Tanpınar haqqında məlumatların daha da artmasına xidməti baxımdan mühümdür. O, Müsabiqədə iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə