Azərbaycan AŞ-nın mədəniyyətlərarası dialoq sahəsində fəaliyyətini əlaqələndirən Şimal-Cənub Mərkəzinə üzv qəbul olunub
Azərbaycan son dövrlərdə Avropa Şurası (AŞ) ilə mədəniyyətlərarası dialoq sahəsində sıx əməkdaşlıq qurub. SİA-nın məlumatına görə, Avropa Şurasının mədəniyyətlərarası dialoq sahəsində fəaliyyətini əlaqələndirən Şimal-Cənub Mərkəzinə üzv olmaq təşkilatın rəhbərliyi tərəfindən ölkəmizin mədəniyyətlərarası dilaoq sahəsində beynəlxalq səviyyədə həyata keçirdiyi təşəbbüslərinə görə Azərbaycan tərəfinə tövsiyə edilib. Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında Azərbaycan Avropa Şurasının Şimal-Cənub Mərkəzinə üzv qəbul edilib. Azərbaycanın Mərkəzə üzvlüyü ilə bağlı mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Mərkəz həmçinin 2011-ci ilin aprel ayında Bakıda təşkil edilməsi nəzərdə tutulan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hazırlıq prosesində iştirak edir.
Mərkəz həmçinin 2011-ci ilin aprel ayında Bakıda təşkil edilməsi nəzərdə tutulan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hazırlıq prosesində iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB