Avropa Regional Komissiyasının 61-ci toplantısı bu gün öz işinə başlayıb FOTO
Moldovanın Kişineu şəhərində keçirilən Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Avropa Regional Komissiyasının 61-ci toplantısı bu gün öz işinə başlayıb. SİA-nın məlumatına görə, ümumilikdə 42 ölkənin turizm sahəsi üzrə səlahiyyətli şəxslərinin iştirak etdiyi toplantıda Mədəniyyət və Turizm Nazirliyini nazir müavini Nazim Səmədov təmsil edir. Tədbirdə həmçinin Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının qoşulmuş üzvü (Affiliate Member) Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev də iştirak edir.
Tədbir çərçivəsində Təşkilatın baş katibinin müvafiq dövr üzrə hesabatı dinlənilmiş, həmçinin, 2016-2017-ci illər üzrə ümumi proqrama əsasən qlobal, regional və qoşulmuş üzvlər tərəfindən görüşmüş işlərə dair hesabatlar təqdim olunub.
Bununla yanaşı, BMÜTT-nin Proqram və Büdcə, Turizm və Davamlılıq, Turizm və Rəqabət, Statistika komitələri tərəfindən müvafiq hesabatlar iştirakçıların diqqətinə çatdırılıb.
Eyni zamanda Turistlərin və turizm xidmətləri təminatçılarının hüquq və vəzifələrinin qorunması üzrə BMÜTT-nin Konvensiyasının layihəsi müzakirə olunub.
Nazir müavini N. Səmədov Turizm Etikası Konvensiyası üzrə yaradılmış işçi qrupun rəhbəri kimi öz növbəsində çıxış edərək, işçi qrupun gələcək fəaliyyəti haqqında məlumat verib.
Toplantının yekunu olaraq, 2018-2019-cu illər üzrə tədbirlər planına əsasən görüləcək işlər, BMÜTT-nin Baş Assambleyasının təşkili ilə bağlı hazırlıq işləri, həmçinin, BMÜTT-nin Avropa Regional Komissiyasının 62-ci toplantısının keçiriləcəyi yer və tarixlə bağlı məsələlər müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB