Rusiya kanalı Firəngiz Əlizadəyə veriliş həsr etdi

Rusiya kanalı Firəngiz Əlizadəyə veriliş həsr etdi

İyunun 8-də Rusiyanın “Kultura” telekanalında yayımlanacaq “Eniqma” verilişi dünya şöhrətli bəstəkarımız, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, AMEA-nın müxbir üzvi, professor, “Şöhrət” və “Şərəf” ordenli, UNESCO-nun “Sülh naminə artist”i Firəngiz Əlizadənin yaradıcılığına həsr olunub.

Bəstəkarlar İttifaqından SİA-ya bildirilib ki, anonslarından da göründüyü kimi, verilişdə müasir akademik klassik musiqidən, onun parlaq nümayəndələrindən bəhs olunur. Verilişin müəllifi və aparıcısı “Muzıkalnıy Olimp” Fondunun prezidenti İrina Nikitinadır.

http://tvkultura.ru/video/show/brand_id/60307/episode_id/1507748/video_id/1634933/

Bütün xəbərlər Facebook səhifəmizdə