Neftçala rayon Mərkəzi Kitabxananın Xidmət şöbəsində Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, dahi şairimiz Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi ilə əlaqədar “Vaqif poeziyasının işığında” adlı ədəbi-bədii gecə keçirilib. SİA-nın məlumatına görə, gecəni giriş sözü ilə Xidmət şöbəsinin müdiri F.Məmmədova açaraq qeyd etdi ki , bu il qüdrətli şairin YUNESKO-nun xətti ilə anılması və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) 2017-ci ili “Molla Pənah Vaqif ili elan etməsi Azərbaycan üçün dəyərli hadisə olacaqdır. O, çıxışında Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinə yüksək dəyər verən dövlət başçımız İlham Əliyevin Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamını xüsusi vurğuladı. Sonra söz aparıcıya verilib. Aparıcı Z. Axundova tədbir boyu şairin həyat və yaradıcılığı haqqında maraqlı məlumatlar verib. Gecədə Bankə qəsəbə 1 saylı orta məktəbin şagirdləri iştirak edirdi. Şagirdlərdən X.Cəfərov, A. Babayeva, A.Abdullayeva, S.Abdullayeva , H.Sadıqov, M.Cabbarov, M. Mikayılzadə, A.Babayeva, E.Əmrahov, M.Yusifov şairin dillər əzbəri olan “Durnalar”, “Hayıf ki yoxdur”, “Pəri”, “Qurban olduğum” və s. şeirlərini söyləyiblər. Tədbirdə nümayiş etdirilən Xalq şairi Səməd Vurğunun “Vaqif” dramından Qacarla Vaqifin görüşməsi səhnəsi tədbir iştirakçılarının böyük alqışına səbəb oldu. Səhnədə şagirdlər Ə.Hüseynzadə, M.Cabbarlı, Ə.Quliyev, A.Hadıyev, N.Mikayılzadə, Ə.Səlimli, P.Məhərrəmov, H.Sadıqov, M.Mirzəyeva, C. Şəmsizadə, A.Hüseynova, D.Əmirli, N.Əlizadənin öz rollarını xüsusi məharətlə ifa ediblər. Gecədə şairin sözlərinə bəstələnmiş mahnıların videoçarxla nümayişi tədbirə xüsusi rəng qatdı. Sonda MKS-nin direktoru G.Qasımova Bankə qəsəbə 1saylı orta məktəbin şagirdlərinə və məktəbin rəhbərliyinə və eləcə də müəllim kollektivinə xüsusi təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB