“Qafqaz qartalının uçuşu”

Azərbaynanın "Salnamə" sənədli filmlər studiyası ilə Rusiyanın Sankt-Peterburq şəhərindəki "Lennauçfilm" kinostudiyasının birgə istehsalı olan "Qafqaz qartalının uçuşu" sənədli filmi beynəlxalq festivalda iştirak edəcəkdir.

SİA-nın məlumatına görə, film dekabrın 7-dən 11-dək Yekaterinburqda keçiriləcək "İnsan və müharibə" IV Beynəlxalq sənədli filmlər festivalında nümayiş olunacaqdır.

"Qafqaz qartalının uçuşu" sənədli filmi 1941-1945-ci illər müharibəsində misilsiz şücaət göstərmiş azərbaycanlı hərbi təyyarəçi Hüseynbala Əliyevin döyüş yolundan, qəhrəmanlıqlarından bəhs edir. Valentina Qurkalenkonun ssenarisi əsasında Tahir Əliyevin lentə aldığı ekran əsərinin operatorları Maksim Konavalçuk və Elxan Rüstəmov, prodüserləri Böyükağa Məmmədov və Vladimir Bajindir.

Bütün xəbərlər Facebook səhifəmizdə