Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabr 6-10-da İordaniyada səfərdə olub.
SİA-nın məlumatına görə, səfər zamanı Ə.Vəliyev İordaniyanın turizm və tarixi əsərlər naziri Suzan Afaneh, mədəniyyət nazirinin müavini Cireys Səmavi, Əmmanda yerləşən Kral Mədəniyyət Mərkəzinin baş direktoru, Milli Kitabxananın baş direktoru, Hüseyn Gənclər Şəhərciyinin və Hüseyn Mədəniyyət Mərkəzinin rəhbərliyi, habelə Zarka şəhərinin Kral II Abdullah Mədəniyyət Mərkəzinin baş direktoru ilə görüşlər keçirib. Görüşlər zamanı iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq, habelə İordaniyada Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Nümayəndə heyətinin üzvləri günlərin keçiriləcəyi mədəniyyət ocaqları və mərkəzləri ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB