Məşhur “Boney M” Bakıda konsert verib

Almaniyanın məşhur "Boney M" qrupu Bakıda konsert verib. SİA-nın məlumatına görə, Azərbaycanın əsas pivə istehsalçısı olan "Baltika-Bakı" şirkətinin sponsorluğu ilə Mərdəkanda, dəniz kənarında keçirilmiş konsertdə "Boney M" qrupu "Daddy Cool", "Ma Baker", "Rasputin", "Sunny" və digər hit mahnılarını ifa edib.

Konsert boyu qrupun 61 yaşlı solisti Bobbi Farrel, əvvəllər olduğu kimi, rəqsləri ilə tamaşaçıların qəlbində ötən illəri yada salan nastalji hisslər oyadıb. Bir saata yaxın davam edən konsert zamanı B.Farreli, həmişəki kimi, üç cazibədar qadın müşayiət edib.

"Boney M" qrupu 1975-ci ildə almaniyalı prodüser Frank Farian tərəfindən yaradılıb. Ötən əsrin 80-ci illərinin sonunda isə məşhur qrup dağılmış və sonralar yenidən bərpa olunub. Hazırda qrupun keçmiş heyətindən yalnız 61 yaşlı B.Farrel qalıb. Bu, qrupun Azərbaycana ikinci səfəridir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...