Düsen Kaseinov Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub
TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. SİA-nın məlumatına görə, D.Kaseinov qurumun direktoru, yazıçı Afaq Məsudu yubileyi münasibətilə təbrik edərək, Mərkəzin türkdilli ölkələr arasında ədəbi əlaqələrin möhkəmlənməsi istiqamətində gördüyü işlərdən söz açıb.
O, bu istiqamətdə göstərdiyi uğurlu fəaliyyətinə görə Afaq Məsudun TÜRKSOY-un medalına layiq görüldüyünü bildirib və medalı ona təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB