ATMU-da Elmi şuranın iclası keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi şuranın iclası keçirilib
ATMU-da Elmi şuranın iclası keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi şuranın iclası keçirilib. SİA-nın məlumatına görə, ATMU-da rektor səlahiyyətlərini icra edən s.ü.f.d., dos. Eldar Aslanov iclasın gündəliyinə “2016-2017-ci tədris ilinin yay imtahan sessiyasına hazırlığın vəziyyəti”,“ATMU kollektivinin Bakıda keçirilmiş ”Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları”nda iştirakı”ilə bağlı məruzələr, hesabat-çıxış və cari məsələlərin daxil edildiyini bir daha diqqətə çatdırıb. Eldar Aslanov çıxışında qeyd edib ki,Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi" bizi daha mütəşəkkil işləməyə səfərbər edir. İxisaslı kadr hazırlığını hədəfləyən ATMU ailəsindən keyfiyyətli mütəxəssis ordusu formalaşdırmaq tələb olunur. Bu böyük və məsuliyyətli işin öhdəsindən gəlmək üçün bütün qüvvələrimizi səfərbər etməliyik.
ATMU-nun İnkişaf üzrə prorektoru,professor İranə Əliyeva, "Keyfiyyəttəminatı" şöbəsinin müdiri Nərminə Abdullayeva və müvafiq struktur rəhbərləri “2016-2017-ci tədris ilinin yay imtahan sessiyasına hazırlığın vəziyyəti”,“ATMU kollektivinin Bakıda keçirilmiş ”Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları”nda iştirakı”ilə bağlı hesabat-çıxışlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Elmi Şuranın iclasında Azərbaycan Turizm və Menecment Universitetinin doktorantı Əli Hənifəyevin “Tarixi coğrafiya,siyasi və rekreasiya coğrafiyası”ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün”Naxçıvan Muxtar Respublikasının balneoloji minaral su ehtiyatlarının tədqiqi və rekreasiya cəhətdən qiymətləndirilməsi”mövzusunda dissertasiya işi təsdiq edilib. Elmi Şuranın gündəlikdəki cari məsələlər üzrə İctimai fənlər kafedrasının dosenti,tarix elmləri doktoru Minəxanım Əsədovanın professor, Marketinq kafedrasının müəllimi, hüquq elmləri namizədi Aftandil Bayramovun və Beynəlxalq münasibətlər kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşən Bayramzadənin AAK-ın təlimatına uyğun olaraq dosent elmi dərəcəsi verilməsinə dair vəsadət, eyni zamanda Eldar Aslanov,İsrayıl İsgəndərov,Elza Bayramova,Ülkər Sadıqova,Fuad Cəfərli,Vidadi Baxışov,Nuray Rüstəmova,Nazim İbadov, Leyla Sultanlı və Afaq Həsənovanın müəllifli olduqları “Menecmentin əsasları”adlı dərs vəsaitinin çap edilməsisəs çoxluğu ilə təsdiq edilib.

Elmi şura iclasında “2016/2017-ci tədris ilinin yay imtahan sessiyasına hazırlığın vəziyyəti” və ATMU-nun ”Bakı 2017”IV İslam Həmrəylik Oyunları”nda iştirakı qənaətbəxş qiymətləndirilib. 2016/2017-ci tədris ilinin yay imtahan sessiyası müddətində planlaşdırılanvəzifələrin yüksək səviyyədə icrası üçün səylərin artırılması, dövlət və beynəlxalq əhəmiyyətli tədbirlərdə tələbələrimizin daha fəal və səmərəli iştirakına dair təkliflərin nəzərə alınması tövsiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə