13-cü Qış İdman Növləri, Turizm və Aktiv istirahət üzrə Beynəlxalq Konqresi keçirilib FOTO

13-cü Qış İdman Növləri, Turizm və Aktiv istirahət üzrə Beynəlxalq Konqresi keçirilib
13-cü Qış İdman Növləri, Turizm və Aktiv istirahət üzrə Beynəlxalq Konqresi keçirilib FOTO

Rusiya Olimpiya Komitəsinin təşkilatçılığı və “İdman dövləti” («Спортивная Держава») qeyri-kommersiya təşkilatının dəstəyi ilə Movska şəhərində 13-cü Qış İdman Növləri, Turizm və Aktiv istirahət üzrə Beynəlxalq Konqresi keçirilib. SİA-nın məlumatına görə, tədbirin keçirilməsində məqsəd qış idman növləri, turizm və aktiv istirahətin dinamik inkişaf istiqamətləri barədə müzakirələr keçirmək, qarşılıqlı təcrübə və fikir mübadiləsi aparmaq, qarşıya qoyulan hədəflərə çatmaqda sistemli yanaşmanı təmin etməkdir.

Tədbirdə Rusiyanın federal və regional səviyyədə dövlət hakimiyyəti orqanları, ictimai təşkilatların rəhbərləri, Rusiya İdman Nazirliyi, 300-dən çox rus və xarici turizm sektorunun nümayəndələri və rəhbərləri iştirak edib. Tədbirdə Azərbaycanı “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov təmsil edib. Bununla yanaşı Rüstəm Nəcəfovun Rusiyanın “Ski Industry” jurnalına müsahibəsində “Şahdağ” Turizm Mərkəzinin infrastrukturu, təklif etdiyi xidmətləri və gələcək planları ətraflı işiqlandırılmışdır. Jurnalda Şahdağın təkcə yerli turistlər tərəfindən deyil, dünyanın müxtəlif ölkələrindən gələn turistlər tərəfindən sevildiyini əks etdirən statistik rəqəmləri də yer alıb.

Tədbirin sonunda Rusiyada qış idman növlərinin təşviqini genişləndirmək və gücləndirmək məqsədi ilə “İdman sənayesinin lideri” lauriyatı adlı mükafatlandırma mərasimi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə