“İslam Həmrəyliyi ili” ilə əlaqədar tədbir keçib

Azərbaycan Milli Kitabxanası Mədəniyyət və Turizm Nazirliyi və Misir Mədəniyyət Mərkəzi birgə “İslam Həmrəyliyi ili” ilə əlaqədar tədbir keçir
“İslam Həmrəyliyi ili” ilə əlaqədar tədbir keçib

Azərbaycan Milli Kitabxanası Mədəniyyət və Turizm Nazirliyi və Misir Mədəniyyət Mərkəzi birgə “İslam Həmrəyliyi ili” ilə əlaqədar tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə Qahirə Universitetinin professoru, Ədəbiyyat üzrə Dövlət Mükafatı laureatı Əhməd İbrahim Dərviş Muhəmməd "İslam həmrəyliyinin möhkəmləndirilməsində Azərbaycanın rolu" mövzusunda məruzə ilə çıxış edib.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq 2017-ci ili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İslam həmrəylik ili” elan olunmasından, islam dininin dostluq, qardaşlıq, sülh dini olmasından, ölkədə keçirilən silsilə tədbirlərdən, 12-22 may tarixlərində Bakıda uğurlu keçirilən IV İslam Həmrəyliyi Oyunlarından danışıb.

Dok. Əhməd İbrahim Dərviş Muhəmməd öz çıxışında Azərbaycanda islam, tolerantlıq, Azərbaycan alimlərinin dünya ədəbiyyatında və mədəniyyətində islam həmrəyliyinin əsasını qoyması, onların islam həmrəyliyində əvəzsiz xidmətləri barəsində məruzə edib.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi Bakıda yüksək səviyyədə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının islam həmrəyliyinin ən gözəl təcəssümü olduğunu bildirib.

Sonda “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində) və “Azərbaycan. Fotoalbom” (ərəb dilində) kitabları qonağa hədiyyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə