Əsl adı Fahrettin Cüreklibatur olan, 300-ə qədər filmdə rol alan və milyonlarla tamaşaçının ürəyini fəth edən məşhur türk kino ulduzu Cüneyt Arkının bu gün doğum günüdür. SİA-nın məlumatına görə, aktyorun bu gün 73 yaşı tamam olur. Bu vaxta qədər müxtəlif janrlarda filmlərə çəkilən aktyorun ömür yoluna nəzər salsaq, onun, demək olar ki, bütün həyatının çəkiliş meydançalarında keçdiyini görərik.
Aktyor uşaqlıq illərini daxilən yuvarlandığı tənhalıq uçurumunda xatırlayır: "Tarlada çalışan kobud əlli qadınları seyr edərdim. Axşamlar sərin küləklər vızıldayardı qulaqlarımda. Hər gün ucsuz-bucaqsız düzənliklərdən gələn qatarların yolunu səbirsizliklə oturub gözləyərdim. Bu mənim ilk tənhalıq duyğularımdır. Həmişə özümü tənha hiss etmişəm..."
Məlumat üçün bildirək ki, kinoya gəlməzdən öncə sənətdən, kinematoqrafiyadan uzaq bir ixtisas üzrə ali təhsil alıb, 1961-ci ildə İstanbul Universitetinin tibb fakültəsini bitirib. 1963-cü ildə isə "Taleyin məhkumları" adlı ilk filmə çəkilib və dərhal məşhurlaşıb. İki ildə 30-dan çox rol alan Cüneyt Arkın türk kinosunda bir-birinin ardınca böyük uğurlara imza atır. Dəfələrlə Türkiyənin müxtəlif kinofestivallarında "Ən yaxşı aktyor oyunu"na görə mükafatlar almış sənətkar həm də gözəl şeirlər yazır. Özünü daim yalnız hiss etməsinə baxmayaraq həyatı çox sevir və şeirlərində də bu sevgini tərənnüm edir. Filmlərdə yaratdığı rollarla tamaşaçıların rəğbətini qazanan C.Arkın xalq qəhrəmanı olan "Malkoçoğlu" obrazı ilə yaddaşlarda iz qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB