Türkiyənin 2 ən bahalı filmi eyni gündə tamaşaçı qarşısına çıxacaq

Türkiyənin 2 ən bahalı filmi eyni gündə tamaşaçı qarşısına çıxacaq
Türkiyə kinosunun maraqla gözlənilən və ən bahalı sayılan iki filminin premyerası eyni günə təsadüf edəcək. SİA-nın məlumatına görə, noyabrın 5-də hər iki film Türkiyənin kinoteatrlarında göstəriləcək. Həm Mahsun Kırmızıgülün "Nyu-Yorkda beş minarə", həm də "Panafilm"in istehsalı olan "Kurdlar vadisi - Fələstin" filminin Qurban bayramından bir həftə əvvəl kinoteatrlarda nümayiş olunması üçün artıq hazırlıq işlərinə başlanılıb.

Filmlərin prodüserləri hesab edirlər ki, nümayişlərə bayramdan bir həftə əvvəl başlasalar bayram tətili boyunca yaxşı gəlir əldə edəcəklər. Maraqlısı odur ki, prodüserlər bir-birlərindən xəbərsiz 5 noyabr tarixini seçdiklərini vurğulayırlar. İndi tərəflərdən heç biri bu tarixin dəyişdirilməsi barədə düşünmür. Belə olduğu halda "Kurdlar vadisi - Fələstin" və "Nyu-Yorkda beş minarə" filmlərini çox böyük rəqabət gözləyir. Nümayişlərin eyni vaxtda olmasının filmlərə xeyir, yoxsa zərər gətirəcəyi isə maraq doğurur.

Bütün xəbərlər Facebook səhifəmizdə