Lənkəranda qastrol səfərində olan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppası şəhər mədəniyyət mərkəzində Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” tamaşası ilə sənətsevərlər qarşısında çıxış ediblər.
Səhnə əsərində əsas rolları Xalq Artisti Fatma Mahmudova, Əməkdar Artist Novruz Qartal, aktyorlardan Nadir Xasıyev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov və Nigar Qarayeva ifa ediblər. Tamaşa anşlaqla keçib.(AZƏRTAC)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB