Azərbaycan və gürcü yazıçıları Yuriy Dolqorukov mükafatı alacaqlar
Muzey Mərkəzində Zaqafqaziya ölkələri arasında ilk dəfə olaraq rusdilli Azərbaycan və gürcü yazıçılarının Yuriy Dolqorukov adına mükafatla təltif olunma mərasimi keçiriləcək. Bu barədə SİA-ya mərkəzin mətbuat xidmətindən məlumat verilib.
Tədbir çərçivəsində bu mükafata layiq görülən üç laureatın və üç diploma layiq görülənlərin adları məlum olacaq. Qaliblərə medal və pul hədiyyəsi təqdim olunacaq. Mükafatlandırma mərasiminə Yazıçılar Birliyindən, Y.Dolqorukov adına Beynəlxalq Əməkdaşlıq Fondunun Moskva nümayəndəliyindən qonaqlar dəvət olunub.
Qeyd edək ki, mükafatlandırma mərasimi oktyabrın 1-də təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB