Parisdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi qrupunun növbəti iclası keçiriləcək
2011-ci ilin aprel ayında Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi nəzərdə tutulur. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi Zöhrə Əliyeva məlumat verib. Məlumata görə, forumla bağlı YUNESKO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurasının Şimal-Cənub Məkəzi və nazirliyin nümayəndələrindən ibarət işçi qrup müvafiq sənədləri hazırlayır.
Cari ilin 13-14 sentyabr tarixində Fransanın Paris şəhərində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi qrupunun növbəti iclasının keçirilməsi nəzərdə tutulur.
Növbəti günlərdə forumla bağlı YUNESKO katibliyi, Fransa Respublikası rəsmiləri ilə müzakirələrin aparılması, həmçinin Azərbaycanın qeyri maddi mədəni irs nümunələrinin YUNESKO-nun Qeyri maddi irsin Reprezentativ siyahısına daxil edilməsi, Azərbaycan nümayəndəsinin YUNESKO qeyri maddi irs üzrə Komitəsində işləməsi üçün namizədliyinin təqdim edilməsi də baş tutacaq.
Luvr muzeyi ilə əməkdaşlıq məsələlərinə dair danışıqların aparılması məqsədilə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti cari ilin 12-17 sentyabr tarixində Parisdə səfərdə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB