"SAHƏ" (The Precinct) bədii filminin çəkilişləri artıq başa çatıb. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, film Azərbaycan və Gürcüstanın müştərək istehsalı olub. Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə ərsəyə gələn film məşhur fotoqrafın öz uşaqlıq dövrünə etdiyi müəmmalı səyahətindən bəhs edir.
Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər. Quruluşçu operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əffəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov, bədii rəhbər Cəmil Quliyev, filmin prodüseri Nəriman Məmmədovdur.
Filmin Azərbaycanda premyerası 2010-cu ilin payızına planlaşdırılır. Fim haqqında daha geniş məlumatı www.theprecinct.az və www.narimanfilm.az saytlarında tapmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB