Fərhad Bədəlbəyli: “2012-ci ildə keçiriləcək Beynəlxalq Musiqi Festivalı maestro Niyaziyə həsr olunacaq” - AÇIQLAMA

Fərhad Bədəlbəyli: “2012-ci ildə keçiriləcək Beynəlxalq Musiqi Festivalı maestro Niyaziyə həsr olunacaq” - AÇIQLAMA
2012-ci ildə keçiriləcək Beynəlxalq Musiqi Festivalı maestro Niyaziyə həsr olunacaq. SİA-nın məlumatına görə, bunu bu gün Niyazinin mənzil muzeyində Qəbələdə keçirilən II Musiqi Festivalının iştirakçıları ilə görüşündə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor, pianoçu, Beynəlxalq müsabiqələr laureatı, xalq artisti Fərhad Bədəlbəyli bildirib.

Buna səbəb isə bu günki görüşdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovanın maestro Niyazinin 100 illik yubileyinin 2012-ci ildə təntənəli şəkildə qeyd olunmasını bildirməsi olub.

Məlumat üçün bildirək ki, artıq bu barədə qərar prezidentimiz tərəfindən 2008-ci ildə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə