Xalq artisti "səfil" olacaq- Açıqlama - FOTO

Dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas alim Üzeyir Hacıbəylinin 125 illik yubileyi ilə əlaqədar xalq artisti Arif Quliyevdə öz öhdəsinə düşən işi layiqincə yerinə yetirir. Bu barədə SİA-ya xalq artisti açıqlamasında bildirib. Onun sözlərinə görə, dahi bəstəkarın 125 illik yubileyinə həsr olunan tamaşalardan birində, "O olmasın, bu olsun" tamaşasında səfil rolunu canlandıracaq.

"Baxmayaraq ki, bu obraz tamaşada köməkçi rolunu oynayır, lakin ağası ona hörmət edir və daha çox etibar edir. Bu günki problemli məsələ ondan ibarətdir ki, hər bir insan öz işinə bütün qəlbi, istəyi ilə yanaşmalıdır", - Arif Quliyev əlavə edib.

A.Quliyev onu da bildirib ki, bu əsərdə çox görkəmli sənətkarlar rol alacaq. Belə ki, bu tamaşada xalq artistləri Afaq Bəşirqızı, Yaşar Nuri, İlham Namiq Kamal və başqaları çıxış edirlər.

Xalq artisti vurğulayıb ki, artıq tamaşanın məşqləri başlayıb və Ü.Hacıbəylinin yubileyi ilə əlaqədar sentyabrın 18-19-da teatrsevərlərin ixtiyarına veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə