“Qəzan mübarək, Paşam” filmi Bakının daşnak-bolşevik qüvvələrindən azad olunması günü təqdim olunacaq - FOTO
"Oskar" Kino Şirkəti Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi, bu ordunun uğurlu missiyası və Bakının erməni-daşnak qüvvələrindən azad edilməsinə həsr olunan bədii-sənədli film istehsal edib. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Idarəsindən məlumat verilib. Məlumata görə, TRT-nin Bakı nümayəndəliyinin, Regional Televiziya Şəbəkəsinin, Xəzər TV-nin və Cənub Regional Televiziyasının texniki və informasiya dəstəyi ilə hazırlanan film 1918-ci ilin 25 mayından 15 sentyabra qədər olan dövrü əhatə edir.
Filmin təqdimatı və yayımı Bakının daşnak-bolşevik qüvvələrindən azad olunması günü - 15 sentyabrda nəzərdə tutulur. Çəkilişləri Qazax, Gəncə, Kürdəmir, Şamaxı, Lənkəranda baş tutan filmdə Qafqaz İslam Ordusunun qələbə marşrutunda ən gərgin döyüşlər barədə hərbi məlumatlar yer alacaq, döyüş xəritələri, Qafqaz İslam Ordusu komandanı Nuru Paşa və Əliağa Şıxlinskinin müharibə strategiyasının incəlikləri təqdim ediləcək.
"Qəzan mübarək, Paşam" adlanan filmdə Türkiyə Hərbi Qüvvələrinin əsgəri arxivindən, Rusiyanın Sankt-Peterburq Artilleriya, Rabitə və Mühəndis Qoşunları Hərbi-Tarix Muzeyindən, Azərbaycan Milli Arxiv Fondundan, Britaniya Xarici İşlər Nazirliyinin rəsmi intenet saytından götürülən arxiv materialları ilk dəfə nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB