Vəcihə Səmədova adına sərgi salonunda rəngkarlıq sərgisi keçirilib
Bu gün Azərbaycan Rəssamlar İtifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda rəngkarlıq sərgisi keçirilib. SİA-ın xəbərinə görə, İlqar Əkbərov və Nəvai Məmmədoğlunun birgə rəngkarlıq sərgisi Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə baş tutub.Tədbirdə ARİ-nın sədri Fərhad Xəlilov, xalq rəssamı Ağəli İbrahimov, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nicami Cəfərov, xalq artistləri Yaşar Nuri, Arif Quliyev və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə ARİ-nın sədri, xalq rəssamı Fərhad xəlilov açaraq mövsümü açıq elan edib: "Hər bir sərginin açılışı bizim üçün çox vacibdir. Hər bir rəssam öz sərgisində "lüt" şəkildə sizin qarşısınızda çıxış edir. Rəssam üçüm bu sərgilər böyük bir sınaqdan çıxmaq deməkdir. Gələcəkdə də hər iki rəssama uğurlar arzu edirəm".
Tədbirin davamında çıxış edən rəsam İlqar Əkbərov sərginin açılışını sırf yaradıcılıq hesabatı kimi hesab eetdiyini bildirib: "Bizim Nəvai Məmmədovla uşaqlıqdan dostluq münasibətlərimiz olub, həmçinin biz eyni institutu bitirmişik. Belə bir qərara gəldik ki, ikimiz birlikdə orta sərgi təşkil edək. Mən çoxşaxəli şəkildə işləyirəm. Yağlı boya ilə işləyirəm, amma yorulan zaman keramikaya keçirəm və yaxud metal üzərində döymə edirəm. Bu sərgidə 3 cür iş təqdim etmişəm. Bunlardan birincisi adi gözlə gördüyümüz, bizə yaxın olan yağlı boya ilə işləmişəm. Ikincisi çin yağlı boyaları ilə, üçüncü isə döymə üsulu ilə işlədiyimi əsərlərdir. Bu sərgidə may ayından indiyə qədər hazırlanan 34 iş çıxarmışam. Bunların arasında heç bir təkrar olunan iş yoxdur. Bundan sonra da Nəvai Məmmədoğlu ilə birlikdə İzmirdə Gözəl sənətlər lisesində, Egey Universitetində türk rəssamlarla bərabər işlər, sərgilər təşkil edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB