“Azərbaycanın yeni turist marşrutlarını kəşf edək” layihəsinə start verilib
Bu gün 27 sentyabr Ümumdünya Turizm Gününün qeyd edilməsi çərçivəsində "Azərbaycanın yeni turist marşrutlarını kəşf edək" layihəsinə start verilib. SİA-nın məlumatına görə, avto safari Azadlıq Meydanında KİV əməkdaşlarının iştirakı ilə Start götürüb. Mədəniyyət və Turizm Nazirliyinin daxili turizmin inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov bildirib ki, prezidentin müvafiq sərəncamına əsasən cari ilin aprel ayında Azərbaycan Respublikasında 2010-2014-cü illərdə Turizmin İnkişafına dair Dövlət Proqramı"na əsasən ekstremal turizm növünün inkişafı və təbliğatı məqsədilə 27 sentyabr Ümumdünya Turizm Günü qeyd edilib.
"Həmin mövcud proqramın istiqamətlərindən biri isə ölkənin mövcud turizm potensialından istifadə etməklə müxtəlif turizm növlərinin yaradılmasıdır. Turizm şirkətlərinin təşkilatı ilə sentyabrın 3-dən 5-dək "Azərbaycanın yeni turist marşrutlarını kəşf edək" layihəsi adı altında Quba rayonundan Şamaxı rayonuna dağ yolları ilə turizm marşrutunun həyata keçirməsi nəzərdə tutulub"- deyə o bildirib.
M.Qəhrəmanov onu da qeyd edib ki, bizim bu layihəni təşkil etməkdə məqsədimiz ölkədə mövcud olan tarix və mədəniyyət abidələrinin, ekstrimal turizm növlərini inkişaf etdirmək və həm xaricilər, həm də yerli vətəndaşlar üçün maraqlı turizm növünü yaratmaqdan ibarətdir.
Sektor müdiri həmçinin vurğulayıb ki, yürüşlərdə 10 turizm şirkəti, 11 maşın, 44 nəfərə yaxın nümayəndə iştirak edir.
Məlumat üçün bildirək ki, marşrut Mədəniyyət və Turizm Nazirliyi və Bakı Professional off-roaderlər klubunun (club 4x4) təşkilatçılığı, MBASK sığorta şirkətinin, "İnter Diaqnostika" tibb mərkəzinin, "Nazlı Bulaq" istirahət mərkəzi və "Dağlar Qoynunda" ailəvi istirahət mərkəzinin dəstəyi, "Xəzər fast food" kafesinin və "Red Bull"un sponsorluğu ilə həyata keçirilir.
Qeyd edək ki, avto Safaridə daxili turizmlə məşğul olan Turizm Şirkətlərinin nümayəndələri ilə yanaşı KİV nümayəndələri də iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB