Mübariz İbrahimova həsr edilən “Şəhidim” adlı musiqi kompozisiyası artıq tam olaraq hazırdır

Millət vəkili Qənirə Paşayeva və əməkdar artist Tünzalə Ağayevanın Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyi "Şəhidim" adlı musiqi kompozisiyası artıq tam olaraq hazırdır. SİA-nın məlumatına görə, mahnının sözləri Qənirə Paşayevaya, bəstəsi isə Tünzalə Ağayevaya məxsusdur. Musiqi kompozisiyasını Tünzalə Ağayeva və Türkiyəli sənətçi, TRT AVAZ kanalının aparıcısı Cüneyt Cakova ifa edib.

Musiqi kompozisiyası Mübariz İbrahimovun ailəsinə yazdığı vida məktubu üzərində qurulub. Artıq millət vəkili Qənirə Paşayevanın dəstəyi ilə musiqi kompozisiyasının klipi də hazırlanıb və bu gündən etibarən radio və televiziya ekranlarında nümayiş olunmağa başlayacaq.

Musiqi kompozisiyasının və klipin Türkiyənin bəzi radio və televiziya kanallarında nümayiş etdirilməsi də nəzərdə tutulur. Musiqi kompozisiyası Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunan "Müqəddəs zirvə" adlı film üçün hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə