Dövlət Film Fondu görkəmli kino xadimlərinin yubileylərini qeyd edəcək

Dövlət Film Fondu görkəmli kino xadimlərinin yubileylərini qeyd edəcək
Azərbaycan Dövlət Film Fondu görkəmli kino xadimlərinin yubileylərini qeyd edəcək. SİA-nın məlumatına görə, bu barədə fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda əməkdar incəsənət xadimi, tanınmış aktyor və rejissor Lətif Səfərovun, həmçinin xalq artisti, kinorejissor Həsən Seyidbəylinin 90 illik yubileyləri qeyd olunacaq. Oktyabr ayında isə əməkdar incəsənət xadimi, rejissor Hüseyn Seyidzadənin 100 illik yubileyi keçiriləcək. Yubiley tədbirlərində kino xadimlərinin yaxınları və sənət dostları iştirak edəcək.

Bundan başqa, Cəmil Quliyev bu il aktyor Gündüz Abbasovun da 80 illik yubileyinin qeyd ediləcəyini bildirib.
Məlumat üçün bildirək ki, tamaşaçılara "Bir qalanın sirri" filmində oynadığı Elşən obrazı ilə tanış olan Gündüz Abbasov "Onun böyük ürəyi", "Qərib cinlər diyarında", "Telefonçu qız", "Aygün" kimi filmlərdə çəkilib. Hal-hazırda aktyor Azərbaycanda yaşamır.

Bütün xəbərlər Facebook səhifəmizdə