Üzeyir Hacıbəylinin 125 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq
Dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas alim Üzeyir Hacıbəylinin 125 illiyi ilə əlaqədar 18-28 sentyabr tarixlərində Beynəlxalq Musiqi Festivalının keçirilməsi nəzədə tutulur. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi Zöhrə Əliyeva məlumat verib.
Məlumata görə, festival çərçivəsində dünya şöhrətli dirijor Vladimir Spivakov, İsveçrədən "Amaltea" ansamblı, MDB Ölkələrinin Birləşmiş Gənclər Simfonik Orkestri, Sinqapurdan "TANG" simli kvarteti, Türkiyədən "Orfeon" xoru, Kanadadan pianoçu Nina Koqan, skripkaçı Atis Bankas, Rusiyadan Aleksandr Gindin və başqalarının konsertlərinin, müxtəlif tədbirlərin keçirilməsi, Ü.Hacıbəylinin səhnə əsərlərinin nümayişi gözlənilir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Gənc Tamaşaçılar Teatrı, Dövlət Pantomima Teatrı, Dövlət Kukla Teatrı, Ağcabədi rayon Mədəniyyət və Turizm şöbəsi öz işlərini festival tədbirlərinin keçirilməsi istiqamətində quracaq və festivalın yüksək səviyyədə keçməsinə təminat yaradacaqlar.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi sentyabrın 18-də Heydər Əliyev Sarayında Üzeyir Hacıbəylinin 125 illiyi ilə bağlı sərgi hazırlayacaq, Üzeyir Hacıbəylinin ev-muzeyi isə "Üzeyir Hacıbəyli-125" adlı maraqlı tədbir keçirəcək.
Bütün bunlarla yanaşı Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Dövlət "Muğam" Teatrı, Azərbaycan Dövlət Mahnı Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Bakı Xoreoqrafiya Məktəbi, Dövlət Uşaq Filarmoniyasının yaradıcı və texniki qüvvələri Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə keçirilməsinə cəlb olunacaq.
Qeyd edək ki, Beynəlxaql Musiqi Festivalının açılışı Heydər Əliyev adına saray baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB