Niyazinin mənzil muzeyində Qəbələ II Musiqi Festivalının iştirakçıları ilə görüş təxirə salınıb
Sentyabrın 1-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevənlər Klubunda Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə keçirilən II Musiqi Festivalının iştirakçıları ilə nəzərədə tutulan görüş təxirə salınıb. SİA-ya bu barədə Musiqi Mədəniyyətinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, buna səbəb görüşün Dövlət Bayrağı Meydanın açılışı ilə əlaqədar tədbirlə eyni vaxta düşməsidir. Məhz buna görə də tədbir sentyabrın 6-a, saat 15:00-a keçirib.
Məlumat üçün bildirək ki, proqram dəyişilməz olaraq qalır. Festival iştirakçıları – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor, pianoçu, xalq artisti, Beynəlxalq müsabiqələr laureatı Fərhad Bədəlbəyli, əməkdar artistlər, Beynəlxalq müsabiqələr laureatları Yeganə Axundova, Murad Hüseynov, pianoçu Səidə Tağızadə, violonçelist Aleksey Miltıx, Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri əməkdar artist, Beynəlxalq müsabiqələr laureatları Gülnaz İsmayılova, Səbinə Əsədova, Fəridə Məmmədova və başqaları klubun üzvləri ilə festival haqqında təəsürratlarını bölüşəcək, musiqilər ifa edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB