"İslam sivilizasiyası uşaqların gözü ilə"

"İslam sivilizasiyası uşaqların gözü ilə"

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli Sərəncamı ilə 2017-ci il Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilməsi ilə əlaqədar habelə 2017-ci il 12-22 may tarixində Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyini nəzərə alaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyin müvafiq əmrilə "İslam sivilizasiyası uşaqların gözü ilə" mövzusunda rəsm və əl işlərindən ibarət II respublika müsabiqəsi təşkil edilib. SİA-nın məlumatına görə, müsabiqəyə respublikanın uşaq incəsənət və rəssamlıq məktəblərindən, uşaq yaradıcılıq mərkəzlərindən, rəsm studiya və dərnəklərindən 350-dən yuxarı rəsm və əl işləri təqdim edilib.

Müsabiqəyə təqdim edilmiş rəsm və əl işlərinin sərgisinin açılışı və müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi 2017-ci il 31 may tarixində saat 16:00-da Muzey Mərkəzində keçiriləcəkdir.

Sərgi 31 may-1 iyun 2017-ci il tarixlərində davam edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə