Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – "Türkiyə ədəbiyyatı antologiyası" (nəsr) işıq üzü görüb. Tərcümə Mərkəzindən SİA-ya bildirilib ki, XIX-XX əsr Türkiyə ədəbiyyatının mənzərəsini ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim edən kitabda əllidən çox tanınmış qardaş ölkə ədibinin əsəri yer alır.
Antologiyanı dilimizə tərcüməçilər – Qəmər Alxanova, Kəmalə Ələkbərova və Sənan Nağı çeviriblər. "Ön söz"ün müəllifi Etimad Başkeçid, redaktorlar – Yaşar Əliyev və Salam Sarvandır.
Kitab iyunun 5-də Yunus Əmrə Türk Mədəniyyət Mərkəzində geniş ictimaiyyətə təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB