"Arts Council Azerbaijan" təşkilatının təşəbbüsü ilə "Art Villa" qalereyasında "Xatirələr" adlı sərgi açılıb. SİA-nın məlumatına görə, "Start" layihəsi çərçivəsində gerçəkləşən sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Gənclər Şəbəkəsinin dəstəyi ilə reallaşıb.
Gənc və həvəskar rəssamların inkişafı üçün nəzərdə tutulan qrup sərgisinin kuratoru Nurziya Xəlilova və Natalya Yarkovayadır. Sərgidə fırça ustalarının fərqli üslubda və texnikada işlənən sənət əsərləri- rəngkarlıq, qobelen və heykəltəraşlıq nümunələri nümayiş olunur. Müxtəlif sənət əsərlərinin yer aldığı sərgi iki gün davam edəcək.
Qeyd edək ki, layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB