Bildiyiniz kimi, bu günlərdə Şri-Lankanın Negombo şəhərində Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) "Məhv olunma. İnnovasiya. Transformasiya: Turizmin gələcəyi" adlı növbəti Zirvə toplantısı keçirilib. SİA-nın məlumatına görə, Negombo şəhərindəki Jetwing Blue hotelində düzənlənmiş İllik Zirvə toplantısı öz işinə Şri-Lanka Turizm naziri Con Amaratunga, BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai, Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) sədrləri Andrü Cons və Paddi Vithananın açılış nitqi ilə başlayıb. Sessiyalar, panel müzakirələr, debatlar, tur-ekskursiyalar formatında fəaliyyət göstərmiş növbəti illik tədbirin təşkilində başlıca məqsəd turizm sahəsinin peşəkar liderlərinin iştirakı ilə mövcud turizm bazarının yenidən qurulmasına təkan verən innovativ ideyalar ətrafında fikir mübadiləsi aparmaq idi.
Tədbir iştirakçısı, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Faina Qaçabəyova müxbirimizə müsahibəsində bildirmişdir ki, İllik Zirvə toplantısının davam etdiyi günlərdə Kolombo şəhərinə təşkil olinmuş tur-ekskursiya zamanı Şri Lanka və onun çoxəsirlik mədəniyyəti haqqında məlumat verilmişdir. Diqqətə çatdırılmışdır ki, zəngin tarixi və qədim mədəniyyəti ilə tanınmış Şri-Lanka əhalisinin dil, din, yaşam tərzindəki fərqliliyə baxmayaraq, bu ölkədə tolerantlıq və qarşılıqlı hörmətə əsaslanmış birgəyaşayış qaydaları mövcudluğunu qoruyub saxlamaqdadır.
ATMU təmsilçisi olaraq BMÜTT/PATA-nın birgə təşkilatçılığı ilə "Davamlılıq və ictimai məsuliyyət" mövzusuna həsr olunmuş iclasda məhz tədbirin gündəliyinə müvafiq işlənib hazırlanmış "Ekologiyanın qorunması və davamlılığının təmin olunması" adlı çıxışım geniş müzakirəyə səbəb olub.
Onu da deyim ki, dünyanın 39 ölkəsi üzrə 191 təşkilatdan 406 nəfərin qatıldığı "Məhv olunma. İnnovasiya. Transformasiya: Turizmin gələcəyi" adlı növbəti Zirvə toplantısının əksər iştirakçıları qarşıdakı illərdə də ATMU ilə PATA arasında əməkdaşlığın davamlı və səmərəli olacağına inam ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB