Azərbaycan Dövlət Filarmoniyasının iyun REPERTUARI

Azərbaycan Dövlət Filarmoniyasının iyun REPERTUARI

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında iyun ayında yubiley və xatirə gecələri, həmçinin konsertlər keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Filarmoniyası və bu qurumun nəzdində olan kamera və orqan musiqi zalının iyun ayı üçün tədbirlər planını təqdim edir.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası:

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert

2 iyun - bəstəkar, Xalq Artisti Firəngiz Əlizadənin 70 illiyinə həsr olunmuş yubiley gecəsi

3 iyun - akademik Mirməmməd Cavadzadənin xatirəsinə həsr olunmuş gecə

5 iyun - "Mədəniyyət" kanalı Azərbaycan radiosu və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı çərçivəsində Xalq Artisti, dirijor Nəriman Əzimovun xatirəsinə həsr olunmuş gecə

9 iyun - gənc ifaçıların konserti

16 iyun - görkəmli bəstəkar Cövdət Hacıyevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi

30 iyun - Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin konserti

Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalı:

6 iyun – "Mədəniyyət" kanalı, Azərbaycan radiosu və Azərbaycan Dövlət Filarmoniyasının birgə tədbiri -Azərbaycan gənc vokal ifaçılarının konserti

7 iyun - violonçel ifaçısı, Xalq Artisti Rasim Abdullayevin konserti

13 iyun – "Mədəniyyət" kanalı, Azərbaycan radiosu və Azərbaycan Dövlət Filarmoniyasının birgə tədbiri - Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti.

Tədbirlər saat 19:00-da başlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə