1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı konsert keçiriləcək AÇIQLAMA
Mədəniyyət kanalı, Azərbaycan Radiosu, Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında İçərişəhər Dövlət Tarix Memarlıq Qoruq İdarəsi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə birgə açıq səma altında "Pillə" adlı konsert proqramı təşkil olunacaq. SİA-ya bu haqda Mədəniyyət kanalının direkoru Ramil Qasımov açıqlama verib: " "Pillə" adlı konsert proqramı təşkil olunacaq. Konsert 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı Mədəniyyət kanalının körpə balalarımıza bir töhvəsidir. Xüsusi ilə qeyd edim ki, Ümummilli Lider Heydər Əliyev daima uşaqlara diqqət və qayğı göstərib. Onun siyasi kursu bu gün də layiqincə davam etdirilir. Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan olunması bu diqqət və qayğının bariz nümunəsidir. Ölkədə aparılan məqsədyönlü və ardıcıl uşaq siyasəti nəticəsində hər il müxtəlif sahələrdə fərqlənən istedadlı uşaq və gənclərə Prezident təqaüdü ayrılır, istedadlı gənclərin üzə çıxarılması üçün silsilə tədbirlər keçirilir. Mədəniyyət kanalının təşkil etdiyi "Pillə" adlı konsertin məqsədi də istedadlı uşaq və gəncləri ictimaiyyətə təqdim etmək, tanıtmaqdır. Konsertdə müxtəlif musiqi məktəblərinin şagirdləri və musiqi kollektivləri iştirak edəcək".
Qeyd edək ki, 1 iyun saat 15:00-da baş tutacaq konsert proqramı Azərbayan Televiziyası, Mədəniyyət Kanalı və Azərbaycan Radiosu vasitəsilə işıqlandırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB