Muzey Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Bir de görüm lya" adlı bayram tədbiri təşkil olunub. SİA-nın məlumatına görə, tədbir Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, Xətai rayonu 30 nömrəli Uşaq Musiqi Məktəbi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova və 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Yusif Məmmədov balacaları əlamətdar gün münasibətilə təbrik edib, dövlət səviyyəsində uşaqlara göstərilən diqqət və qayğıdan danışıblar.
Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış Azərbaycanın görkəmli musiqi xadimlərinin uşaqlıq və yeniyetməlik dövrünü əks etdirən nadir fotolardan və muzeyin tədbirlərində iştirak etmiş istedadlı uşaqların şəkillərdən ibarət slayd-şou ilə müşayiət olunub.
Tədbir istedadlı şagirdlərin ifalarında rəngarəng musiqi proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB