“Hamlet” Teatr Xadimləri İttifaqının səhnəsində

“Hamlet” Teatr Xadimləri İttifaqının səhnəsində

Mayın 28-də Azərbaycan Teatr Xadimləri İttifaqında dünya şöhrətli dramaturq Uilyam Şeksprin "Hamlet" əsəri səhnəyə qoyulacaq. SİA-nın məlumatına görə, quruluşçu rejissoru Ceyhun Dadaşov olan səhnə əsəri yeni redaksiyada təqdim ediləcək.

Tamaşada rolları "Rebus" teatrının aktyorları Əli Əlizadə, Elnur İsmayılov, Əli Novruz, Natəvan Abbaslı və Arzu Hüseynova ifa edəcəklər.

Eyni zamanda, rejissor - Ceyhun Dadaşov özü də tamaşada aktyor kimi rol alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə