Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) rəssam Valentina Əfəndiyevanın fərdi sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgidə rəssamın son illərdə yaratdığı əsərlər yer alıb. Tədbirdə "Rossotrudniçestvo" Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov rəssam və şairə Valentina Əfəndiyevaya ədəbi və rəssamlıq yaradıcılığına görə təşəkkür edib.
Yaradıcı insan olan Valentina Əfəndiyeva uzun illərdir Azərbaycan Yazıçılar Birliyinin, Rusiyanın Yazıçılar İttifaqının, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.


.jpeg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB