Uşaq musiqi məktəbi hesabat konsertini təqdim edib FOTOLAR

Uşaq musiqi məktəbi hesabat konsertini təqdim edib FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi ümummilli lider Heydər Əliyevin anandan olmasının 94-cü ildönümünə həsr olunmuş yekun hesabat konsertini təqdim edib. SİA-nın məlumatına görə, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Bakı şəhər uşaq musiqi- incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

İlk öncə müdrik siyasi xadim, milli dövlətçiliyin əsasını qoyan, ümummilli lider Heydər Əliyev haqqında geniş məlumat verilib, video-çarx nümayiş olunub.

Məktəbin direktoru Almaz Əhmədova orqan alətində V. Adıgözəlovun "Muğam fantazisiyası"nı ifa edib, ardınca məktəbin respublika musiqi müsabiqəsinin diplomantı Tyurin Daniil, Beynəlxalq Müsabiqənin diplomantı və H.Əliyev adına gənc kamança ifaçıları müsabiqəsinin laureatı Mais Qədirov , əməkdar artist Səlim Abbasov və istedadlı şagirdlər Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən parçalar ifa edib.

Konsert məktəbin birləşmiş xor kollektivi və ardınca nağaraçalanlar ansamblı ilə başa çatıb.Nümunəvi çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə