“Hədəf: bahar” mənzərə fotosərgisi açılacaq

“Hədəf: bahar” mənzərə fotosərgisi açılacaq

Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində "Hədəf: bahar" mənzərə fotosərgisi açılacaq. SİA-nın məlumatına görə, fotosərgi Azərbaycan təbiətinin gözəlliklərinə, bölgələrimizin landşaft müxtəlifliyinə həsr olunub. Sərginin məqsədi Azərbaycan təbii mirasının gözəlliklərini və müxtəlifliyini foto vasitəsilə nümayiş etdirməkdir. Həmçinin rayonların turizm potensialına maraq artırmaq və mənzərə fotoqrafiyasına incəsənətin bir janrı kimi diqqəti cəlb etməkdir.

Sərgidə fotoqraflar Rüstəm Hüseynov, İlknur Kəngərli, Emil Qazi və Denis Sveçnikovun Azərbaycan baharının ən gözəl anlarını əks etdirən fotoşəkilləri nümayiş olunacaq.

İyunun 2–dək davam edəcək sərgiyə giriş sərbəstdir.

Bütün xəbərlər Facebook səhifəmizdə