Azərbaycanlı alim Naxçıvan və İrəvan xanlıqlarının bayraqlarını təqdim edib FOTOLAR
Tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov Dövlət Ermitaj muzeyində "İN HOC SIGNO VINCES" ("Bu bayraq altında qalib gələcəksən") Beynəlxalq veksilloloji (bayraqşünaslıq) simpoziumda rus dilində məruzə ilə çıxış edib. Bu barədə SİA-ya açıqlamasında tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov, "QƏSR" Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin sədr müavini, bayraqşunaslıq və heraldika üzrə mütəxəssis P.Gözəlov bildirib.
Qeyd edək ki, veksollologiya yeni elm sahəsi olaraq dövlət bayraqlarını, hakimiyyət rəmzi olan ştandartları və üzərlərindəki rəmzlərin tarixin, inkişaf mərhələlərini araşdırır. Veksillologiya (bayraqşünaslıq) üzrə 2017-ci il 18-20 may tarixlərində keçirilən beynəyxalq simpoziumda Azərbaycan numayyəndəsi Pərvin Gözəlovla bərabər Moskvanın Kreml Muzeyi, Dövlət Ermitajı, Artilleriya Hərbi –Tarix muzeyi, İsveç (İsveç Hərbi Muzey), Avstriya və İspaniya numayəndələri iştirak ediblər. Pərvin Gözəlov artıq 4-cü ildir ki, beynəlxalq bayraqşunaslıq simpoziumunda Azərbaycanı təmsil edir.

"Azərbaycanın XVIII-XIX əsr bayraqlarında şir rəmzi" adlı məruzədə natiq Naxçıvan və İrəvan xanlığının XVIII-XIX əsr döyüş bayrağları mövzusunda məruzə ilə çıxış edib. P.Gözəlovun elmi tədqiqatları nəticəsində aşkar edilmiş bayraqlar Naxçıvan xanlığının döyüş bayrağı, Rusiya və Abbas Mirzə arasında baş vermiş 19-20 oktyabr 1812-ci ildə Aslandüz savaşında iştirak edən Kərbəli xanın oğlu Şeyxəli bəy əsir düşmüş və Naxçıvan xanlığının şir təsvirli döyüş (muttəfiq) bayrağı qeneral Pyotr Kotlyarevskiy tərəfindən qənimət kimi götürülmüşdür. Simpozium iştirakçılarına təqdim edilmiş Naxçıvan xanlığının dördkünc formalı döyüş (muttəfiq) bayrağının üzərində, günəş və sağ tərəfə baxan pəncəsində qılınc olan şir təsvir edilib. Bayrağı yuxarı künclərində ərəb qrafikası ilə Qurani-Kərimdən 61-ci "əs-Səff" surəsinin 2-ci ayəsi "Qələbə yaxındır, ey Məhəmməd möminlərə müjdə ver" və "Bismillah" sözləri. Bayrağın aşağı hissəsindəki kartuşlarda Qurani-Kərimdən 2-ci "əl-Bəqərə" surəsinin 2-3 ayələri həkk edilib.

Cıxışın növbəti hissəsində general İvan Paskeviç tərəfindən 1827-ci ilin 1 oktyabr tarixində İrəvan xanlığını işğal etdiyi zaman qənimət kimi qötürülən bayraqları barədə də məlumat verilib. Xanlığın bir bayrağı üçkünc formada üzərində günəş və şir əks edilib. İrəvan xanlığının ikinci bayrağı dördkünc formalı üzərində günəş və pəncəsində qılınc tutan sol tərəfə baxan şir təsvir edilib. Bayrağın hər dörd küncündə eyni olaraq Qurani-Kərimdən "əs-Səff" sürəsinin ikinci hissəsi yazılıb. Simpozium iştirakçılarına məlumat verilib ki, İrəvan xanlığının bayrağından fərqli Naxçıvan xanlığının döyüş (müttəfiq) bayrağında şir sağ tərəfə və bayrağın üzərində Kurani-Kərimdən 2-ci və 61-ci surələr həkk edilib. Bundan əlavə, iştirakçılara Naxçıvan və İrəvan xanlıqlarının bayraqlarının təsvirləri və sözü gedən bayraqların arxiv sənədlərində qeyd edilən səhifələri slayd şəklində beynəlxalq simpozium iştirakçılarına nümayiş etdirilib. Beynəlxalq simpoziumun sonunda bütün iştirakçılarına məqalələri nəşr edilmiş toplular təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB